Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Leonid Kravçuk: “Moskvaya veriləcək ən yaxşı cavab onu Ukrayna torpaqlarından qovmaqdır”
Ukraynanın qeyri-dost davranışları ilə əlaqədar iqtisadi sanksiyaların tətbiq olunduğu şirkətlərin siyahısını genişləndirilib.
Ovqat.com xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin bu barədə fərman imzalayıb.
Rusiyanın rəsmi hüquqi məlumat portalında dərc olunan sənəddə Rusiya Federasiyası Hökumətinin 1 noyabr 2018-ci il tarixli 1300 nömrəli "Prezidentinin fərmanının icrası ilə əlaqədar tədbirlər haqqında" fərmanına dəyişikliklər edilib. Belə ki, əvvəl xüsusi iqtisadi sanksiyaların tətbiq olunduğu hüquqi şəxslərin siyahısı 68 şirkətdən ibarət idisə, bu dəyişikliklərdən sonra onların sayı 84-ə yüksəlib.
Sanksiyaların Kiyevin Donbass və Luqansk siyasətinə qarşı qoyulduğu xəbər verilir. Qərarın cümə günü Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Minsk Sazişinin imzalanmasının altıncı ildönümü ilə əlaqədar bəyanatından sonra verilməsi də diqqətçəkicidir. Həmin bəyanatda rusiyalı xanım diplomat Kiyevin Minsk sazişindən irəli gələn öhdəliklərini yerinə yetirməmək üçün hər şeyi etdiyini, fürsətdən yararlana bilmədiyini söyləmişdi.
Qeyd edək ki, Ukrayna – Rusiya arasında münasibətlər hər keçən gün daha da pisləşməyə başlayıb. Moskvanın iddialarına görə, 2020-ci ilin iyulundan bu yana Ukrayna təhlükəsizlik qüvvələri ilk dəfə 122 mm-lik silahlarla DPR-yə atəş ediblər. ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası da 2021-ci ilin əvvəlindən etibarən Donbassda atəşkəs rejiminin 2,5 mindən çox pozulduğunu qeydə alındığını açıqlayıb. Keçən bazar günü Ukraynanın keçmiş prezidenti və Üçlü Təmas Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk isə baltanı lap dibindən vurub. O, Ukraynanın Donbassdan atəşə tutulmasına "hər vuruşa bir atəş"lə cavab verilməsinin lüzumluluğunu və ən yaxşı cavabın isə Moskvanı Donbass və Krımdan “qovmaq” (44 günlük müharibə zamanı bizim də tez-tez eşitdiyimiz tanış sözdür) olacağını bildirmişdi.
Görünən budur ki, Ukrayna getdikcə Rusiya ilə böyük savaşa sürüklənir. Halbuki, cəmi iki ay əvvəl, ötən ilin son günlərində Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə girmək istəmədiyini, savaşın böyük fəlakətlərə yol açacağından qorxduğunu açıq şəkildə bəyan edərək demişdi: "Rusiya ilə müharibə çox qorxuncdur və xəyal etmək belə istəmirəm. Çox böyük müharibə ola bilər".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar