Rusiyaya qarşı ABŞ sanksiyalarının genişləndirilməsi nəticəsində investorların istiqraz bazarını tərk etməsi 2018-ci ildə RF iqtisadiyyatında şok yaradaraq rublun çökməsi ilə nəticələnə bilər.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Merrill Lynch" bankının hesabatında məlumat verilir.
"Təzyiqlər ağır və tətbiq olunacaq sanksiyaların miqyasından asılı olacaq. Dəqiq desək, Rusiyanın xarici kapitalla əlaqəsinin kəsilməsi 2014-cü ildə olduğu kimi, ölkədə dollara tələbatı kəskin artıra bilər", - sənəddə qeyd olunub.
2014-cü ildə tətbiq edilməyə başlayan sanksiyaların bu dəfə Rusiyanın daxili istiqraz bazarına şamil edilməsi gözlənilir. "Merrill Lynch"ə görə, sanksiyalar genişləndirilərsə, faizlər 100-150 faiz bəndi arta bilər. Belə ki, qeyri-rezidentlər hazırda daxili istiqraz bazarının 1/3-nə, yəni 37,2 mlrd. dollarlıq hissəsinə nəzarət edir. Xarici suveren borclarıda isə qeyri-rezidentlərin payı 14,5 mlrd. təşkil edir. Rusiya bankları və şirkətlərinin xarici borcu isə bu günə 450 mlrd. dollara bərabərdir. Sanksiyalar tətbiq edilsə, xarici borc da təzyiqlə üzləşəcək.
Paylaş: