Xəbər lenti


Türkiyə ordusu tərəfindən əsir götürülən iki nəfər bizi satdı.

Axar.az xəbər verir ki, bunu PKK terror qruplaşmasının rəhbərlərindən Murad Qarailan deyib.

O, Qara bölgəsində verdikləri ağır itkiləri də etiraf edib:

“17 nəfərdən 15-i öldü, 2-si sağdır. Ancaq bəzi qruplarımızla da əlaqə kəsildiyi üçün onların da öldüklərini düşünürük”.

PKK lideri “Pəncə Qartal–2” antiterror əməliyyatı zamanı məğlubiyyəti gizlətməyə çalışsa da, əməliyyatın ciddi hərbi məqsədləri olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ordusu Qarada keçirdiyi əməliyyat çərçivəsində 53 PKK terrorçusunu məhv edib.



Ana səhifəyə qayıt        Baxış: 3 044          Tarix: 19-02-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma