Xəbər lenti

 
 
ABŞ-ın Respublikaçılar partiyasından olan bəzi konqresmenlər Baydenə İranla əlaqələr qurmamağı və nüvə anlaşmasına qayıtmamağı tövsiyə edən məktub ünvanlayıblar.
 
Ovqat.com-un məlumatına görə, Respublikaçı konqresmen Cerri Karlın rəhbərliyi ilə bir qrup millət vəkili bundan əlavə İrana sanksiyaları davam etdirməyə çağıran qətnamə layihəsi də göndərib.
 
Cerri Karl layihə barədə danışarkən deyib:
 
“İran yerli və qlobal təhlükəsizlik üçün açıq bir təhlükə yaradır. BMT müfəttişləri İranın öhdəliklərini yerinə yetirdiyini təsdiqləməmişdən Prezident Bayden “nüvə razılaşmasına” qayıtsa, böyük səhvə yol vermiş olar".
 
 
Qətnamə layihəsini dəstəkləyən respublika təmsilçiləri nüvə anlaşmasına qayıtmağın İranın nüvə proqramını genişləndirməsinə, terrorizmi maliyyələşdirməsinə və ABŞ-a qarşı pirat cəhdlərinə imkan verəcəyi barədə xəbərdarlıq ediblər.
 
Konqresin Silahlı Qüvvələr Komitəsinin yüksək səviyyəli üzvü, respublikaçı nümayəndə Mayk Rogers qətnamə layihəsini şərh edərkən deyib: "İranın artıq nüvə gücünə çevrilməsinə və Orta Şərqdə sabitliyin pozulmasına icazə verə bilmərik".
 
Onun fikrincə, İranın öhdəliklərini yerinə yetirdiyini araşdırmaq üçün yoxlamalar aparılmalıdır: “Bu ssenarini əvvəllər də görmüşük. Qanun pozuntuları ilə dolu saxta nüvə anlaşmasının bədəlini ödəyə bilmərik".
 
Respublikaçı konqresmenlər Baydenə ünvanladıqları  məktubda isə İrana qarşı sanksiyaların ləğvi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Onların Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinə göndərdikləri məktubda bildirilir ki, İran nüvə proqramını məhdudlaşdıran tədbirləri görməməzliyə vuraraq beynəlxalq terrorizmi dəstəkləyir: “Onun sabitliyi pozan fəaliyyətləri, nüvə proqramı, ballistik raket və silah istehsalı, terrorizmə verdiyi dəstək, insanları girov götürməsi, pirat və insan haqları pozuntuları nəzarət altına alınmalıdır ”.
 
Müəlliflər Ağ evi sanksiyalardan İrana təzyiq vasitəsi kimi istifadə etməyə çağırıblar. “İranın nüvə silahı istehsalına əsla icazə verilməməlidir. Sanksiyaların ləğvi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsini tövsiyə edirik", - Baydenə göndərilən məktubda belə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 4 602          Tarix: 24-02-2021, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma