![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-02/1614410171_unnamed.jpg)
Almaniya rəsmiləri və Bundestaqdakı hakim koalisiyaya daxil olan partiyalar “Şimal axını-2” qaz kəməri ətrafında yaranmış vəziyyətlə bağlı 4 ssenarini nəzərdən keçirirlər.
Ovqat.com xəbər verir ki, Almaniyanın məşhur nəşrlərindən olan “Handelsblatt” qəzeti rəsmi qaynaqlara istinadən bu məlumatı yayıb.
Məlumata görə, ssenarilərdən birincisi qaz boru kəmərinə "bağlama mexanizmi"nin tətbiq edilməsini nəzərdə tutur - Rusiya Ukraynadan nəql olunan yanacaq həcmini azaltsa, “Şimal axını-2” ilə qaz təchizatı dayandırılacaq. Alman rəsmiləri arasında Vaşinqtonun rəsmi Berlin qarşısında qoyduğu şərtlərdən biri olan bu versiyaya qarşı çıxanlar da az deyil. Məsələn, Bundestaqın xarici siyasət komitəsinin sədri Norbert Röttgen “öz tədarükçünüzü əlaqələrinizi kəsməklə hədələmək ağıllı bir strategiya deyildir”, - deyib bu ssenarini ümumiyyətlə yaxına buraxmaq istəmir.
İkinci ssenaridə Vaşinqtonla danışıqlar çərçivəsində inşaat işlərinin dayandırılması nəzərdə tutulur. Qeyd edək ki, ABŞ Almaniya ilə müzakirələrdə rus qazından vaz keçəcəyi təqdirdə ona ucuz qiymətə öz istehsalı olan LNG qazı satmaq təklifində bulunub.
Üçüncü ssenari Ukraynanın enerji sektoruna investisiyaları artırmaq və əməkdaşlığı gücləndirmək ilə bağlıdır. Berlin bununla Kiyevin “şikayətbazlıq”dan uzaqlaşdırılacağına ümid bəsləyir. Sözügedən ssenarinin sadəlövhlüyü ondan ibarətdir ki, ABŞ-ın təzyiqlərinin səbəbi kimi Ukraynanın şikayətbazlığı görülür. Halbuki Rusiyanın çökdürülməsi ABŞ-ın milli maraqlarından irəli gəlir və yeri gələndə Vaşinqton Kiyevi ərgöyünlüyə təşviq edərək bundan bəhanə kimi yararlanır. Məntiqlə, Kiyev ərköyünlüyündən əl çəksə, ABŞ-ın yeni bəhanələr tapması da çətin olmayacaq.
Dördüncü ssenari, bütün təhdidlərə baxmayaraq qaz kəmərinin tikintisini başa çatdırmaqdır. Lakin sonuncu versiya da ABŞ-la münasibətlərin pisləşməsinə yol aça bilər. Alman hökuməti isə problemin kompromislə həll yolunu axtarır.
Bir sözlə, Almaniya Rusiya ilə ABŞ arasındakı dördyol ayrıcındadır. Yolların heç biri isə onu getmək istədiyi mənzilə aparmır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər