Xəbər lenti
 

“ABŞ-ın “Şimal Axını 2” qaz kəmərinə görə Almaniyaya qarşı sanksiyaları ləğv etmək üçün irəli sürdüyü şərtlər alçaldıcıdır”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RBC-yə verdiyi müsahibəsində belə deyib.
 
Lavrovun fikrincə, Vaşinqtonun “Şimal axını-2” layihəsinin işləyə bilməsi üçün Ukraynadan keçən qaz kəməri ilə Avropaya enerji nəqlini şərt qoşması hiyləgər tələbdir:
 
“İndi açıq şəkildə sövdələşmələrin getdiyini və Vaşinqtonla Berlin arasında razılaşma ehtimalının müzakirə olunduğunu yazırlar. ABŞ-ın şərtlərinə görə, “Şimal axını-2” tamamlansın, işləsin, amma birdən Allah eləməsin,  Ukraynadan keçən qaz azalsa, “Şimal axını-2” kəməri də bağlanacaq. Almaniya üçün qərar verə bilmərəm, amma bunun alçaldıcı bir təklif olması mənim üçün aydındır", -  Lavrov müsahibəsində belə deyib.
 
O, Vaşinqtonun sanksiyalar tətbiq etməklə “Ukrayna adlı jeopolitik layihəsini maddi dəstəkləmək” niyyətində olduğunu qeyd edib.
 
Qeyd edək ki, ABŞ KİV bir müddət əvvəl Cozef Bayden administrasiyasının Almaniya ilə “Şimal axını-2” layihəsi üzrə danışıqlara başladığını yazmışdı. Məlumata görə, qaz kəməri çəkilişinin uğurla başa çatdırılması üçün Berlin Rusiya qazının Ukrayna ərazisindən keçməsinin azalması halında “Şimal axını-2”-nin fəaliyyətinin qarşısını alacaq bir mexanizm yaratmalıdır. Vaşinqtonun bu yolla  Kiyevin Avropa qaz şəbəkəsindən ayrılmasının, Aİ-nın Rusiya karbohidrogenlərindən asılılığının qarşısını almaq istədiyi vurğulanırdı.


Ana səhifəyə qayıt        Baxış: 3 592          Tarix: 20-02-2021, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma