Xəbər lenti

 
Polşa və Ukraynanın xarici işlər nazirləri Zbignev Rau və Dmitri Kuleba ABŞ prezidenti Cozef Baydeni, “Şimal axını-2” kəmərinin inşasına "son qoymağa" çağırıblar.
 
Ovqat.com xəbər verir ki, iki ölkənin Xarici İşlər nazirlərinin birgə bəyanatlarında Rusiyanın beynəlxalq enerji arenasında enerji təchizatı mövzusundan silah kimi istifadə etdiyi bildirilir. 
 
Moskvanın “çox uzağa getməsinə” icazə verildiyinə inanan nazirlər vurğulayıblar ki, boru kəməri layihəsi tam həyata keçirilməyə yaxındır.
 
Müəlliflərin fikrincə, “Şimal axını-2” layihəsi Rusiyanın Avropaya enerji təchizatı üzərindəki təsirini gücləndirəcək, bu da “Ukrayna cəmiyyətini Qərbin öz prinsiplərindən güzəştə gedəcəyinə və Ukraynanın təhlükəsizliyi üçün narahat olmadığına inandıracaq: "ABŞ Prezidenti Cozef Baydeni layihənin tamamlanmasının qarşısını almaq üçün əlindəki bütün vasitələrdən istifadə etməyə çağırırıq". 
 
Rau və Kuleba birgə bəyanatlarında Almaniyanın boru kəməri layihəsini dəstəkləməsinə baxmayaraq, çox şeyin Amerika prezidentinin mövqeyindən asılı olduğunu vurğulayıblar.
 
Qeyd edək ki, son zamanlar Almaniya ilə ABŞ rəsmilərinin “Şimal axını-2” layihəsi üzərində məsləhətləşmələr apardığı xəbər verilirdi. Bildirildiyinə görə, ABŞ bir halda “Şimal axını-2” layihəsinin inşasına sanksiya qoymayacağını Berlinin diqqətinə çatdırıb: Rusiya Ukrayna üzərindən Qərbə nəql etdiyi qaz həcmini azaltmamalıdır. Əks halda “Şimal axını-2”-nin fəaliyyətinin də dayandırılacağına zəmanət verilmədir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 057          Tarix: 22-02-2021, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma