Xəbər lenti

 
 
ABŞ prezidenti Cozef Bayden dünən jurnalistlərin Rusiya lideri Vladimir Putinlə debata hazır olub-olmadığı sualına cavab verməyib.
 
Ovqat.com-un məlumatına görə, Cozef Bayden Ağ evdə keçirdiyi mətbuat konfransında koronavirusa qarşı peyvənd işləri ilə əlaqədar media əməkdaşlarını bilgiləndirib.
 
Toplantının sonunda jurnalistlər ona Putinin debat çağırışına necə cavab verəcəyini soruşublar. Bayden isə suala cavab vermədən salonu tərk edib.
 
Qeyd edək ki, Putin “Rusiya-24” telekanalının efirində çıxışı zamanı ABŞ həmkarını debata çağıraraq demişdi: “Prezident Baydeni müzakirələrimizi davam etdirməyə səsləmək istəyirəm, amma bunu həqiqətən canlı və onlayn şəklində etmək şərtiylə”.
 
O təklif etmişdi ki, debat sabah (artıq bu gün) və ya 22 mart bazar ertəsi günü olsun: “Həftə sonu tayqaya getmək, orada biraz dincəlmək istəyirəm, amma sabah ya da, deyək ki, bazar ertəsi günü ola bilər. Amerika tərəfi üçün əlverişli olan hər an söhbətə hazıram və indi Xarici İşlər Nazirliyinə müvafiq təlimatlar verəcəyəm”.
 
Putinin bu çağırına Baydenin cavab verməməsi bəzi suallara yol açır: Əcəba, ABŞ prezidenti çağırışa məhəl qoymadı, yoxsa müzakirələrdən yayındı? 
 
Məsələ burasındadır ki, həmin təklifdən bir gün əvvəl Bayden “ABC” telekanalında rusiyalı həmkarını “qatil” adlandırıraq, yanvarın əvvəllərində ona zəng edib ABŞ-da keçirilən seçkilərə müdaxilə ehtimalı təsdiqini taparsa, ağır bədəl ödəyəcəyini bildirmişdi. Onun sözlərindən belə çıxmışdı ki, həmkarını bir növ qabağına qoyub bərk danlayıb. Putin də bu məntiqdən çıxış edərək, eyni “danlağı” buyurub bütün dünyanın gözü qarşısında həyata keçirmək təklifində bulunmuşdu. Bayden isə, belə anlaşılır ki, hansısa səbəbdən bunun o qədər də “ağıllı təklif” olmadığını düşünərək, debata çıxmağı məsləhət bilməyib.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 737          Tarix: 19-03-2021, 07:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma