Xəbər lenti
 
 
ABŞ prezidenti Cozef Bayden ABC telekanalına verdiyi müsahibəsində Rusiya və onun lideri Putinə qarşı ağır ittihamlar səsləndirib.
 
Ovqat.com-un məlumatına görə, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı jurmalistin sualları cavablandıran Bayden Vladimir Putini "qatil" adlandırıb və bunun “bədəlini ödəyəcəyini" söyləyib.
 
ABŞ lideri onu da bildirib ki, yanvar ayının sonunda Putinə zəng edib və seçkilərə müdaxilə iddiaları sübuta yetirilərsə Moskvanın buna cavab verəcəyi barədə xəbərdarlıq edib.
 
Putinlə uzun müddət danışdıqlarını bildirən Biden deyib: "Ona sizi tanıyıram və siz də məni tanıyırsınız. Bunun baş verdiyini görsəm, hazır ol dedim".
 
Jurnalistin "Yəni Vladimir Putini tanıyırsınız. Onun bir qatil olduğunu da düşünürsünüzmü?" sualına Baydenin cavabi xeyli konkret olub: "Bəli. Bədəlini ödəyəcək, siz də görəcəksiniz”.


Ana səhifəyə qayıt        Baxış: 606          Tarix: 18-03-2021, 03:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma