Xəbər lenti

Generallar deyirlər ki, palçıqlı yollarda tanklar manevr qabiliyyəti itirəcək və asanlıqla qarşı tərəfin qumbaraatanlarının və topçularının ovuna çevriləcək

Ukraynanın şərqində sürətlə artan hərbi gərginliyin müharibə ilə nətəcələnəcəyi haqda gözləntilər indilikdə doğrulmadı. Hətta bəzi mənbələr müharibənin vaxtını da konkretləşdirmişdilər-15 mart. 

Yada salaq ki, martın 7-də başlayaraq, Ukrayna ordusu ilə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar”ın silahlı birləşmələri arasında şiddətli mövqe döyüşləri başlamışdı. Qondarma “respublikaların” kəşfiyyatı Ukraynanın böyük hərbi kontingentin və zirehli texnikanı cəbhə bölgəsinə topladığını iddia edirdi. Bildirilirdi ki, Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Ukrayna mənbələri isə “DXR” qoşunları təxminən 20 min, Luqansk separatçılarının canlı qüvvəsinin isə 15 min nəfər olduğunu iddia edir, arsenalındakı texnikası ilə birgə hökumət qüvvələrinə bir neçə gün müqavimət göstərə biləcəklərini ehtimal edirdilər. Rusiya da münaqişənin alovlanmasından narahatlığını bəyan etmişdi.

Amma Ukrayna ordusu Donbasa hücuma keçmədi. Niyə? Hərbi ekspertlər, polkovnik Viktor Baranets və polkovnik Mixail Timoşenko hücumun niyə gerçəkləşməməsinin səbəblərini şərh ediblər.

Viktor Baranetsə görə, həqiqətən də mart ayının əvvəlindən Donbasda Ukraynanın genişmiqyaslı döyüşlərə hazırlaşmasının bütün əlamətləri mövcud idi: “Tanklar, döyüş sursatları, ehtiyatda olan eşelonlar cəbhə bölgəsinə toplandı. Kiyev generalları qoşunların döyüş hazırlığını yoxlayırdılar. Ukrayna, daha doğrusu, Türkiyənin kəşfiyyat təyyarələri təmas xəttində həmişəkindən daha tez-tez uçurdu. Bundan əlavə, Ukraynada səfərbərlik elan edildi. Zabitlər məzuniyyətdən geri çağrıldılar. Ukrayna hərbi bölmələri DXR və LXR mövqelərinə atış məsafəsinə - 400 metrə qədər yaxınlaşdılar.Hətta dəniz piyadaları da oraya gətirildi. Ukrayna ordusunun yalnız topçuları Donbass şəhərlərini və qəsəbələrini əvvəlkindən daha çox atəşə tutmağa başladılar ki, bu da orada yaşayanların daha etibarlı yerlərə axının artırdı”.

Ekspert deyib ki, vəziyyət 16 və 17 martda daha da kəskinləşib, 24 saat ərzində ukraynalılar Donetsk mövqelərinə ardıcıl zərbələr vurublar. “Ancaq hücum olmadı. Bəs səbəb nədir? ” deyə ekspert izah edib: “Ukrayna generalları indiklikdə hücumun ertələnməsini bahar fəsli ilə əlaqələndirilər. Onlar deyirlər ki, palçıqlı yollarda tanklar manevr qabiliyyətini tam itirəcək və beləliklə, Donetsk qumbaraatanlarının və topçularının asan ovuna çevriləcək”.
Ekspert də Ukrayna generallarının bu izahı ilə razıdır. O deyib ki, martda qarın əriməsi  ilə separatşı bölgədə qara torpaq hətta ən güclü mühərrikli texnikaya ciddi problem yaradır, yollar keçilməz olur.

Digər ekspert Mixail Timoşenko isə deyib ki,  ötən ilin sonuna qədər Ukraynanın silahlı qüvvələrində 248 min nəfər var idi. Prezident Zelenski ordusunun sayını artıracağını söz verdi. Ukrayna hərbi büdcəsini demək olar ki, iki qat artırdı. 5 milyard dollar civarında olan hərbi büdcə indi 9 milyard dollardan da çoxdur. Yəni Ukraynanın müstəqillik əldə etdiyi son 30 ildə ən böyük müdafiə büdcəsidir.

Ekspert deyib ki, Ukrayna ordusunun əsas gücü aviasiya deyil, quru qüvvələridir: “Onların sayı təxminən  180 min nəfərdir ki, bunlardan 16 mini şəhər şəraitində döyüş aparmaq üçün öyrədilib. Kim öyrədib? Əlbəttə ki, amerikalılar və ingilislər...Düzü, Ukraynanın silah arsenalına baxanda hər hansı bir Avropa ölkəsinin  həsəd aparacağı bir gücü var. Və bütün bu silahlı dəstə hücum mövqelərinə gətirilib”.

Orxan ƏLİYEV,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 108          Tarix: 19-03-2021, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma