Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Vəziyyət cox narahatedici hal alıb, hər kəs irimiqyaslı döyüşlərin bərpasına hazırlaşır. Ukrayna artilleriyasının atəşləri bir neçə il əvvəl olduğu kimi, daha da güclənib. Sükut artıq pozulub".
Ovqat.com xəbər verir ki, Donetsk sakini Viktoriya Demidova Rusiyanın “Vzqlyad” nəşrinə Donbassdakı vəziyyətlə bağlı açıqlamasında belə deyib.
Onun sözlərinə görə, hətta şəhərin mərkəzində də günün istənilən vaxtında partlayışlar baş verir: “FHN əməkdaşları bomba sığınacaq yerlərini yoxlayırlar, sonra sakinlərə onlardan nə qədərinin istifadəyə yararlı olduğunu, nə qədərinin yaxın zamanlarda açılacağını və mövcud vəziyyəti barədə məlumat verirlər", – deyə Viktoriya Demidova bildirib.
Çərşənbə günü Ukraynanın məşhur jurnalisti Dmitri Qordonun yaydığı bir məlumat Donetsk və digər işğal olunmuş ərazilərin sakinlərini xüsusilə qorxuya salıb. Jurnalist "Ukrayna 24" telekanalının efirində bildirib ki, 15 mart bazar ertəsi günü Ukraynanı "tarixi hadisə” gözləyir. Onun proqnozlarına görə, həmin gün “bütün ölkəni Ukrayna xalqı üçün sarsıntıya çevriləcək sensasion informasiya silkələyəcək”.
Jurnalist nə baş verəcəyini açıq şəkildə deməsə də, onun sözləri Ukraynada növbəti müharibənin ilkin anonsu kimi qəbul edilib və 15 mart bazar ertəsi günü Rusiya ilə Ukrayna arasındakı yeni savaşın başlanğıc tarixi ola bilər.
Dmitri Qordonun bu sözlərindən sonra Ukraynanın işğal altındakı bölgələr üzrə xüsusi nümayəndəsi Sergey Qarmaşın irəli sürdüyü bəzi iddialar da narahatlığı artırır. Nümayəndənin fikrincə, Donbassda və Luqanskidə vəziyyəti Moskva qəsdən gərginləşdirir. Məqsəd Ukraynanın “təcavüzkar” siyasətini bəhanə edib rus “sülhməramlı”larının Donetskə və Luqanskə yeridilməsidir. Qarmaş bunun səbəbini Fransa və Almaniyanın Donetsk problemi ilə bağlı hazırladığı çözüm planının Kremlin maraqlarına cavab verməməsi ilə əlaqələndirib.
Bu gün Luqanskdə də vəziyyətin gərginləşdiyi, atəşkəs rejiminin pozulduğu xəbər verilir. Məlumatlara inansaq, vilayətin Mixaylovka qəsəbəsində müxtəlif atıcı silahlar və minatanlarla döyüş başlayıb. Qeyd edək ki, Mixaylovka qəsəbəsi Luqansk ilə Ukrayna silahlıları arasında ikiyə bölünmüş vəziyyətdədir və cəbhə xəttinin ən həssas nöqtəsi sayılır.
Ukrayna ilə birbaşa əlaqədar olmasa da, bu gün bir başqa düşündürücü məlumat Azərbaycandan gəlib. Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri martın 15-18-də genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirəcək.
Təlimlərə 10 minə qədər hərbçinin şəxsi heyəti, 100-ə yaxın tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket-artilleriya qurğusu və s. cəlb olunacaq. Təlimlərin çətin relyefli dağ - meşə ərazisində keçiriləcəyi bildirilir.
Sözsüz ki, bu təlimlər ordumuzun təkcə döyüş qabiliyyətinin artırılması yox, həm də Rusiyanın başlada biləcəyi təxribatların qarşısının alınmasına hazırlaşması ilə də bağlı ola bilər. Zira Rusiyanın Ukraynaya müdaxiləsi NATO-Rusiya arasında Baltik dənizindən Xəzərə qədər qövsvari cəbhə xətti boyunca hərbi gərginliyin yaşanması ehtimalı yaradır. Görünür, Azərbaycan əsgəri də hər ehtimala qarşı sayıqlığını artırır. Təlimlərin 15 mart tarixinə salınması da bu mənada təsadüfə bənzəmir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar