Xəbər lenti

 
NATO Hərbi Komitəsinin sədri general-polkovnik Stuart Piç, 7 aprel tarixində Ukraynaya səfər edib. 
 
Ovqat.com-un Krım Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, general-polkovnik ölkə başçısı Vladimir Zelensky və Baş Qərargah rəisi Ruslan Xomçak ilə görüşüb.
 
Zelenski Stuart Piçlə görüşündə Rusiyanın artan təcavüzünə qarşı verdiyi dəstəyə görə NATO-ya təşəkkür edərək deyib: “NATO-nun Ukraynadakı, ölkənin şərqindəki və işğal olunmuş Krım yarımadasındakı vəziyyətlə ciddi maraqlandığına görə minnətdarıq. Suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı dəstəklədikləri üçün tərəfdaşlarımıza minnətdarıq”.
 
Donbassda 2020-ci ilin dekabrından bəri hücumlarda artım olduğunu və bu səbəbdən 20-dən çox əsgərin öldüyünü xatırladan Zelenski ölkəsinin davamlı olaraq 27 iyul 2020-ci ildə atəşkəsə çağırdığını vurğulayıb. Ukrayna Prezidenti həmçinin hibrid müharibədə güclü bir vasitə olan dezinformasiya məsələsinə də diqqət çəkib.
 
NATO-nun verdiyi açıqlamaya görə, Stuart Piç Alyansın Ukraynanın şərqindəki böhranın sülh yoluyla həllinə bağlılığını yüksək qiymətləndirdiyini Zelenskinin nəzərinə çatdırıb. O, həmçinin NATO-nun Ukrayna ilə “dəyərli tərəfdaşlığı”, onun suverenliyi və ərazi bütövlüyünü hərtərəfli dəstəklədiyini təkrarlayıb və Rusiyanı Donbassdakı separatçıların müdafiəsinə son qoymağa çağırıb.
 
"NATO müttəfiqləri Rusiyanın Krımı qanunsuz ilhaq etməsini və Ukraynanın şərqindəki təcavüzkar hərəkətlərini qınamaqda həmrəydir. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyini dayandırmağa və qüvvələrini Ukrayna ərazisindən çıxarmağa çağırırıq. Ukrayna NATO-nun ən yaxın və ən vacib tərəfdaşlarından biridir”, - Piç belə deyib
 

Piç, daha sonra Lviv şəhərində Ukraynanın Baş Qərargah rəisi Ruslan Xomçak ilə görüşüb və ona da alyansın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib. Ukrayna Ordusunun açıqlamasına görə, generallar Ukrayna və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Xomçak, səfərin strateji tərəfdaşlığa verilən əhəmiyyəti göstərdiyini və NATO ilə Ukrayna ordusu arasında əlaqələrin sürətləndiyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 963          Tarix: 8-04-2021, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma