![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-06/1624645470_b0c6d6d0-ec3e-4a61-8edb-adf78186e1cd.jpeg)
Co Bayden və Putinin görüşündən dərhal sonra Almaniyanın Baş naziri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə qurma təklifi ilə Avropa İttifaqı (Aİ) liderlərinə müraciət etmişdi.
Ovqat.com-un məlumatına görə, Fransa tərəfindən də dəstəklənən təklif bu gün Polşa və Baltikyani ölkələr tərəfindən rədd olunub.
Avropa İttifaqı Nizamnaməsinə əsasən, ittifaq liderləri istənilən siyasi qərarı konsensus yolu ilə qəbul etməlidir. Yəni bir üzvün belə veto hüququndan istifadə etməsi qərarın keçməməsi üçün kifayətdir. Nizamnamənin bu tələbi Şərqi Avropa ölkələri tərəfindən rədd olunan alman təklifinin gündəmdən düşməsi mənasına gəlir.
Polşa və Baltikyanı ölkələrinin liderləri veto qərarlarını Rusiya təhlükəsi ilə əlaqələndirir və Moskva ilə bütün siyasi, iqtisadi, diplomatik əlaqələrin kəsilməsini tələb edirlər. Bundan əvvəl, həmin ölkələr Almaniyanın təşəbbüsü ilə çəkilən “Şimal axını-2” layihəsinə qarşı çıxır və onların bu mövqeyi ABŞ tərəfindən də dəstəklənirdi. Almaniyanın ciddi cəhdlə layihənin çəkilməsinə qərar verməsi sonra ABŞ-ın da geri addım atması ilə nəticələndi. Görünür, qlobal geosiyasi rəqabətin getdikcə gərginləşdiyi bir zamanda dost itkisi ilə qarşılaşmaq istəməyən Vaşinqton sonunda Almaniya və Fransanın mövqeyi ilə razılaşdı; əvvəl “Şimal axını-2” layihəsinə qarşı tətbiq etdiyi sanksiyaları qaldırdı, daha sonra isə ABŞ prezidenti Kreml ilə münasibətləri tənzimləmək üçün rusiyalı həmkarı ilə görüşdü.
Görüşün iki (ABŞ-Rusiya) və üç tərəfli (ABŞ-Rusiya-Aİ) münasibətlərin getdikcə normallaşmasına inamı artırdığı bir zamanda növbəti sürpriz Şərqi Avropa ölkələrindən gəldi. Almaniyanın Rusiya siyasi dairələri ilə Avropa İttifaqı arasında birbaşa təmasını yaratmaq cəhdləri Aİ-nin cırtdan ölkələrinin keçilməz əngəlinə ilişdi.
Sözsüz ki, bu əngəlləmə prosesinin arxasında böyük güclərin – ABŞ və Böyük Britaniyanın dayandığına şəkk yoxdur. Təsadüfi deyil ki, cəmi 2 gün əvvəl Böyük Britaniyanın “HMS Defender” hərbi gəmisi Krım sahillərinə yaxınlaşmış və Rusiyanın sinir sistemi ilə oynamışdı. Bununla da Putinlə Baydenin görüşündə əldə edilən “strateji sabitliyi” qoruma sözünü yanlış anlamamağı diqqətə çatdırmış və Krımın Ukraynanın ərazi kimi olduğunu Kremlə xatırlatmışdı.
Şərqi Avropanın cırtdan dövlətlərinin vasitəsilə Moskvanın qoca qitə ilə yaxın təmasının kəsilməsi Rusiyanın təcridolunma prosesinin tərkib hissəsidir və Almaniya ilə Fransanın bu prosesin qarşısını almaq şansı yoxdur. Çünki Şərqi Avropa ölkələrinin inadı qarşısında bircə yol var; Avropa İttifaqından imtina etmək. Əlbəttə ki, nə Berlin, nə də Paris Rusiya naminə Aİ-dan vaz keçəsi deyil.
Şərqi Avropanın bu “cığallığı” Moskvada da xoş qarşılanmayıb. Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında Avropa İttifaqının bu sürprizi ilə bağlı açıqlama verərək “təəssüfləndiklərini” gizlətməyib və xatırladıb ki, Prezident Putin dəfələrlə AB ölkələri istəyəcəyi təqdirdə, Moskvanın Brüssellə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bildirib.
Polşa və Baltikyanı kimi bəzi AB üzv dövlətlərinin Rusiya ilə hər hansı bir dialoqu rədd etdiyini vurğulayan Peskov, bu ölkələrin "Rusiya onlar üçün bir təhdiddir" düşüncələrinin əsassız olduğunu deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər