Xəbər lenti


Qərb liderləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmalıdırlar, Vladimir Putinlə deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Almaniya kansleri Angela Merkelin Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.

“Almaniya kanslerinin tələbi bir az başqa ünvana edilmiş kimi səslənir”, - Slutski bildirib.

Qeyd edək ki, bu gün Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın hərbi varlığını Ukrayna sərhədindən çəkməyi tələb etmişdi.



Ana səhifəyə qayıt        Baxış: 3 210          Tarix: 8-04-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma