Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
Böyük Britaniyanın SAS və SBS komandoları Rusiya və Çinə qarşı gizli hərbi əməliyyat keçirməyə hazırlaşır.
Ovqat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın dünyaca ünlü “The Times” nəşri yayıb.
Nəşrə bu məlumatı Krallıq ordusunun briqada generalı Mark Totten verib. Onun sözlərinə görə, gizli əməliyyatda minlərlə desantın iştirakı gözlənilir.
"Britaniyanın xüsusi təyinatlıları Çin və Rusiyaya qarşı yeni gizli missiyanı öz üzərinə götürəcəklər, çünki onlar diqqətlərini dövlətin böyük rəqiblərinə qarşı mübarizəyə yönəldirlər", - deyə yüksək rütbəli hərbçi bildirib.
“Briqada generalı SAS və SBS komandolarının “əks dövlət”ə qarşı ətraflı, planlaşdırılmış və xüsusi bilik tələb edən "yüksək riskli” vəzifələrini yerinə yetirmək üçün daha çox vaxta və vəsaitə ehtiyac ola biləcəyini söylədi. Krallığın dəniz piyadaları ənənəvi rollarını yenidən öz üzərilərinə götürəcəklər", - "The Times" yazır.
Mövzu ilə əlaqədar nəşrə açıqlama verən hərbi ekspertlər SAS və SBS komandolarının planlaşdırdıqları əməliyyatlara ilk növbədə Pekinə müqavimət göstərmək üçün Cənubi Çin dənizində başlayacaqlarına inanırlar.
Ovqat.com-un şərhi
Qeyd edək ki, Böyük Britaniyanın bir neçə ay əvvəl hazırladığı hərbi doktrinasında Rusiya 1 nömrəli düşmən dövlət, Çin isə elmi-texniki yenilikləri oğurlayıb öz iqtisadiyyatını inkişaf etdirən rəqib kimi təqdim olunur. Odur ki, briqada generalının “The Times”ə açıqlamaları doğrudursa, krallığın hərbi əməliyyatlara Çindən başlayacağı ehtimalı inandırıcı görünmür. Mümkündür ki, bu iddia diqqəti əsl hədəfdən yayındırmaq məqsədi daşısın.
Böyük Britaniyanı SAS komanda birliyi adını “Special Air Service” mürəkkəb söz birləşməsinin ilk hərflərindən alır. Yəni ingiliscə “Xüsusi Hava Xidmətləri” sözünün abreviaturasıdır. SAS komandoları krallıq ordusunun xarici əməliyyatlar təyinatlı xüsusi hərbi hissəsidir. Xüsusilə İkinci Dünya Müharibəsi, Malaya insidenti, İndoneziya-Malayziya münaqişələri, Şimali İrlandiya, Folkland, İraq və Əfqanıstan savaşlarında qeyri-adi bacarıqları ilə ün qazanmışdılar. Gizli və qəfil hücumları ilə məşhur olan birliyin snayperlər komandası onun ən təsirli gücü sayılır.
SBS Komandoları da Böyük Britaniyanın ən seçkin hərbi birliklərindəndir. Adı “Special Boat Service” (Xüsusi Qayıq Xidməti) sözünün ilk baş hərflərindən əmələ gələn SBS komandoları da ilk dəfə II Dünya Müharibəsində Alman hərbi dəniz qüvvələrinə qarşı keçirdikləri əməliyyatlarla gündəmə gəlmişdilər. Alman sualtı qayıqlarını məhv etmək üçün yaradılan bu hərbi birlik daha sonra Koreya, İraq, Körfəz və Əfqanistan müharibələrinə də qatılmışdılar. Əsas vəzifələri sualtı qayıqları məhv etmək olsa da, SBS komandolarının görəv missiyası çoxşaxəlidir. Onlar qeyri-ənənəvi müharibə, girovların xilası, bir sıra hərbi qüvvələrə xüsusi dəstək və diversiya hərəkatlarında da iştirak edirlər. Əsasən, SAS komandoları ilə birgə fəaliyyət göstərirlər. Olduqca ağır təlimlərdən keçən “SBS”çilərin əsas xüsusiyyətləri dayanmadan və sürətli şəkildə uzun məsafələrə üzmələridir.
Faşist Almaniyasının məşhur "U-boat" sualtısı
Böyük Britaniyanın hazırladığı iddia olunan xüsusi əməliyyata SBS komandolarını da daxil etməsi başlıca hədəfin sualtılar olduğu göstərir. Zənnimizcə, bu da təsadüfi deyil. NATO-nun Qara və Baltik dənizində keçirdiyi hərbi təlimlərinə Rusiya öz sualtı qayıqlarını cəbhə xəttinə çıxarmaqla cavab verir. Bəzən bu sualtılar Aralıq dənizinin NATO ölkələrinə aid akvatoriyalarında da peyda olur və dərhal gözdən itirlər. Mümkündür ki, Böyük Britaniya Rusiyanın “sualtı zarafat”larından birini sərt şəkildə cəzalandırmaqla Moskvanın bu gücünə çox arxayın olmaması, sözügedən təhdidə qarşı da kontr-əməliyyat imkanlarının olduğu mesajını vermək istəyir.
Məlumatın ən yüksək hərbi yetkili tərəfindən ingilis mediasına “sızdırılması”nı Rusiyaya ilkin xəbərdarlıq kimi səciyyələndirmək olar. Bu xəbərdarlıq Moskvanın bənzər manevrlərə daha ehtiyatlı yanaşmağa və güc nümayişi etdirərkən bir daha düşünməsinə dəvət kimi də anlaşıla bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər