Xəbər lenti

Böyük Britaniyanın kəşfiyyat orqanlarının Rusiya hökumətinə yaxın hesab olunan rus iş adamları ilə bağlı planları var.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri yazıb.

Yazıda qeyd olunub ki, söhbət 6 nəfərdən gedir. Britaniya kəşfiyyatı onlara qarşı təzyiqi artırmaq, sahibkarların manevr imkanlarını məhdudlaşdırmaq niyyətindədir.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın gizli kəşfiyyat xidmətinin (Mİ-6) rəhbəri Aleks Yanger bəyan edir ki, ölkəsi Rusiyanı stabilləşdirməyə çalışmır.

 




Ana səhifəyə qayıt        Baxış: 414          Tarix: 8-12-2018, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma