Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Taliban” qruplaşmasının hələ terror təşkilatları siyahısından çıxarılmayacağını bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, XİN hələ bundan söhbət gedə bilməyəcəyini vurğulayıb.

“Hələ “Taliban” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılmasından söhbət gedə bilməz.

Bunun üçün BMT-nin qərarı ilə prosedurlar olmalıdır”, - deyə bildirilib.

Rusiyanın Əfqanıstandakı səfiri isə səfirliyin əvvəllər Əfqanıstan hərbçiləri tərəfindən qorunduğunu, lakin indi “Taliban” qüvvələrinin onları əvəzlədiyini söyləyib.


Ana səhifəyə qayıt        Baxış: 3 760          Tarix: 16-08-2021, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma