Xəbər lenti

Yunanıstan Türkiyə ilə sərhəddə 40 kilometrlik divarın inşasını başa çatdırıb. TASS agentliyi xəbər verir ki, bu barədə Yunanıstan vətəndaşlarının müdafiəsi işləri üzrə naziri Mixalis Xrisoxoidis məlumat yayıb.

O qeyd edib ki, ucaldılan dəmir konstruksiya ölkəsini Əfqanıstandan gələn miqrantlardan qoruyacaq.

M. Xrisoxoidis əlavə edib ki, Əfqanıstan böhranı dünyadakı geosiyasi vəziyyəti dəyişir və miqrasiya axınına səbəb olur.

Azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 2 507          Tarix: 22-08-2021, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma