Xəbər lenti

Türkiyə Suriya ilə sərhəddə 700 kilometrlik divarın tikintisini yekunlaşdırıb.
Oxu.Az-ın Hürriyet Daily News-a istinadən xəbərinə görə, bu barədə cümə axşamı, iyunun 15-də, Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.
Divar Türkiyə ərazisinə İŞİD və PKK terror təşkilatlarının yaraqlılarının keçidinin qarşısını almaq üçün ucaldılıb. 
Nazirin sözlərinə görə, Türkiyə-Suriya sərhədində işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.
Bundan əlavə, təhlükəsizliyi təmin etmək üçün dronlardan istifadə olunacaq.
Fikri İşıq əlavə edib ki, oxşar divarın tikintisinə İranla sərhəddə də başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 15-06-2017, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma