Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Pentaqon tərəfindən Əfqanıstanın paytaxtından insanların təxliyəsi əməliyyatı artıq tamamlandı və bu, ABŞ tarixində ən çətin əməliyyatlardan biri idi”.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin sədri Entoni Blinken keçirdiyi mətbuat konfransında belə deyib.
"Bir neçə saat əvvəl təxliyə əməliyyatı başa çatdı. Əfqanıstandan 123 mindən çox insan təhlükəsiz şəkildə təxliyə edildi. Bu rəqəmə 6 minə yaxın Amerika vətəndaşı da daxildir. Bu, geniş miqyaslı hərbi, diplomatik və humanitar hadisə idi – özü də ən çətinlərindən biri", - Blinken bildirib.
“Müqəddəs işğal”
Dövlət katibi təxliyə əməliyyatlarını ABŞ tarixində “təsəvvür edilə biləcək ən çətin şərtlərdə logistika və koordinasiyanın müstəsna bir nəticəsi" adlandırıb: "Amerikalılar, həmçinin 20 il yanımızda dayanan xarici ortaqlarımız üçün bu kritik dövrdə təhlükə altında olan Əfqanıstan xalqına kömək etmək komandamız üçün təkcə vacib məsələ deyildi, həm də müqəddəs vəzifə idi".
“Güvənmirik, amma əməkdaşlıq etməyə də hazırıq”
Blinken, ABŞ -ın Əfqanıstandakı “Taliban” hərəkatına etibar etmədiyini, ancaq “Amerikanın maraqlarına cavab verəcəyi təqdirdə onunla əməkdaşlıq etməyə hazır olduğunu” da gizlətməyib. "Gələcəkdə “Taliban”la hər hansı bir qarşılıqlı əlaqəni yalnız milli maraqlarımız müəyyən ediləcək", - dövlət katibi vurğulayıb.
““Taliban” hökumətini tanıya bilərik”
Blinken ABŞ-ın “Taliban”ı tanıya bilməsinin bu təşkilatın özünü necə aparmasından asılı olduğunu qeyd edərək, bir növ, onun üzərinə minnət də qoyub: "ABŞ, yeni Əfqanıstan hökuməti ilə Vaşinqtonun maraqlarına cavab verəcək şəkildə işləyə bilsə, “Taliban”ı beynəlxalq səviyyədə tanımaq və dəstəkləmək vədinə sadiqdir. Amma legitimliyi və dəstəyi qazanmaq lazımdır”.
Vaşinqtonun şərtləri
Dövlət katibi qeyd edib ki, ABŞ hərəkat nümayəndələrinin bəyanatlarına görə yox, hərəkətləri əsasında “Taliban”la əməkdaşlığın mümkün olub-olmadığına qərar verəcək. Vaşinqtonun şərtləri isə bəllidir: ““Taliban” hərəkatı vətəndaşların azadlığını təmin etməli, qadınlar və azlıqlar da daxil olmaqla Əfqanıstanın xalqının əsas hüquqlarına hörmətlə yanaşmalı, əvvəllər başqa dövlətlərə xidmət edənlərdən intiqam almamalı və əhatəli bir hökumət qurmalıdır”.
“Əfqanıstanda nə qədər vətəndaşımızın qaldığını bilmirik”
Dövlət katibi Əfqanıstanda böyük ehtimalla, 200-ə qədər ABŞ vətəndaşının qaldığını, avqustun 14 -dən bu yana ancaq 6 minə yaxın amerikalını təxliyə edə bildiklərini söyləyib.
"Amerikalıların, əcnəbilərin və əfqanların Əfqanıstanı tərk etmələrinə qərar verdikləri təqdirdə kömək etmək üçün səylərimizi davam etdirəcəyik. Amerikalılara bu ölkəni tərk etmək və hava limanına çatmaq üçün hər cür imkan yaratmaq adına fövqəladə səylər göstərdik", - deyən Blinken əlavə edib ki, Əfqanıstanı tərk etmək istəyən amerikalıların dəqiq sayı bilinmir. Bu, 200-ə qədər də ola bilər, 100-dən az da. Onun sözlərinə görə, ABŞ pasportu daşıyanların sayılmasındakı çətinliklər onlardan bəzilərinin Əfqanıstan ərazisində daimi yaşaması ilə əlaqədardır.
Humanitar yardım edəcəyik, amma...
Blinken, ABŞ -ın Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam etmək niyyətində olduğunu da vurğulayıb, “ancaq respublikada hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı vasitəsi ilə deyil”.
“Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam edəcəyik. BMT agentlikləri və qeyri-hökumət təşkilatları kimi müstəqil qruplar vasitəsilə təmin edilir", - ABŞ rəsmisi necə kömək edəcəklərini dəqiqləşdirib.
Onun sözlərinə görə, hazırda minlərlə Əfqanıstan sakini acdır, bir çoxu evsiz qalıb və eyni zamanda pandemiyadan əziyyət çəkir. Diplomat, “Taliban” hərəkatı da daxil olmaqla heç kimin davranış və hərəkətinin Amerikanın humanitar səylərinə təsir göstərməyəcəyinə ümid etdiyini bildirib.
Kabil hava limanı
Blinken, ABŞ -ın Əfqanıstandakı Kabil hava limanının gələcək fəaliyyəti ilə bağlı müttəfiqləri ilə danışıqlar apardığını söyləyib: "Bu səhər G7 ölkələrinin (İngiltərə, Fransa, Almaniya, Kanada, İtaliya, Yaponiya), eləcə də Qətərin, Türkiyənin, AB-nin və NATO Baş katibinin xarici işlər nazirləri ilə görüşdüm. Kabil hava limanının mülki hissəsinin erkən açılması da daxil olmaqla Əfqanıstandan təhlükəsiz çıxış asanlaşdırılmalıdır" .
Blinken, "az sayda olsa da gündəlik çarter uçuşları təşkil edən" Qətər və Türkiyə səlahiyyətlilərinə xüsusi minnətdarlığını bildirib. Katib əlavə edib ki, Amerika hakimiyyəti ABŞ -da daimi yaşamaq üçün qanuni hüquqa malik olanlara və ABŞ -a kömək edən əfqanlara dəstək vermək yolu üzərində işləyir. Eyni zamanda, o, ABŞ -ın "bu aspektlərdən hər hansı birinin asanlıqla və ya tez bir zamanda həyata keçiriləcəyinə dair heç bir illüziyasının” olmadığını da boynuna alıb. Başqa sözlə, ABŞ Əfqanıstandan çıxarmağı bacarmadığı vətəndaşlarının “Taliban”ın uzun müddətli əsirinə çevrilə biləcəyinin fərqindədir.
Əfqanıstanın yenidən terror yuvasına çevrilməsi ehtimalı
Dövlət katibi bildirib ki, Vaşinqton “Taliban”dan Əfqanıstanın terrorçular üçün baza kimi istifadəsinin qarşısını almasını da tələb edəcək: "Terrorizmlə mübarizəyə diqqətimizi əsirgəməyəcəyik. “Taliban”, terror qruplarının ABŞ və müttəfiqlərimizi təhdid edə biləcək xarici əməliyyatlar üçün Əfqanıstanı baza kimi istifadənin qarşısını almalıdır".
Blinken, bu narahatlıqlarının xüsusən beynəlxalq terror şəbəkəsi Əl-Qaidə və İŞİD-in Xorasandakı qolu ilə əlaqədar olduğunu deyib. "Biz onlardan (“Taliban”) bu öhdəliyi yerinə yetirmələrini tələb edəcəyik".
ABŞ-ın terrorizmlə mübarizədə ümidini “Taliban”a bağlayarkən, bunun heç də ona güvəndikləri mənasına gəlmədiyini bir daha vurğulayan Blinken, bu təhdidləri Vaşinqtonun birbaşa özünün yaxından izləyəcəyini istisna etməyib: “Özümüz terror təhdidlərini yaxından izləyəcəyik və bunları zərərsizləşdirmək üçün bölgədə güclü bir terror əleyhinə qüvvə saxlayacağıq. Lazım gələrsə, son bir neçə gün ərzində olduğu kimi, Əfqanıstanda İŞİD ortaqlarını və digər təhdidləri vuracağıq”.
ABŞ-ın da “Lazım dayısı” var
Dövlət katibi, lazım gələrsə, ABŞ-ın təkcə Əfqanıstanda deyil, həmçinin dünyanın müxtəlif yerlərində antiterror əməliyyatlarına davam edəcəyini də vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar