Xəbər lenti

 
Yəqin ki, “O olmasın, bu olsun” filmində Qoçu Əsgərin qadın hicabına bürünüb qadın hamamına girməsi səhnəsini xatırlayırsınız. Həmin vaxt hamamda olan xanımların onu necə qovduqlarını görmüsünüz.
 
Ovqat.com-un məlumatına görə, Böyük Britaniyanın ən elitar hərbi birlikləri sayılan Hava-Dəniz Xidmətinin Xüsusi Qüvvələri – SAS komandoları da eynilə Qoçu Əsgərin metodları ilə Əfqanıstandan qaçıblar. 
 
“Daily Star”ın yazdığına inansaq, qadın hicabına bürünən SAS komandoları Taliban silahlılarını məharətlə aldada biliblər. Onlar Kabil hava limanına getdikləri yolda bir neçə dəfə Taliban nəzarətindən keçiblər. Amma hal və hərəkətləri Talibanı qətiyyən duyuq salmayıb. 
İngilis desantları hətta bəzi məqamlarda Qoçu Əsgəri belə kölgədə qoyublar. Məsələn, onlardan bəziləri yanlarına uşaq alıb özlərini ana kimi təqdim ediblər.
 
Beləcə bir neçə maneəni uğurla keçən ingilis komandoları Kabil hava limanına sağ-salamat gedib çıxa biliblər və tələm-tələsik təyyarəyə minərək Əfqanıstanı tərk ediblər.


Ana səhifəyə qayıt        Baxış: 5 243          Tarix: 5-09-2021, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma