Xəbər lenti


Minlərlə insanın ölkəni tərk etmək üçün qapılarına toplaşdığı Kabil hava limanı 48 saat ərzində bağlanacaq.

Ovqat.com
xəbər verir ki, məlumatı yerli «Khaama Press» agentliyi ABŞ Dövlət Departamentinə istinadən yayıb.

Hava limanının artıq öz qapılarını onun ərazisində olmayanların üzünə bağladığı qeyd olunur.

Daha əvvəl ABŞ -ın Əfqanıstandakı səfirliyi Amerika vətəndaşlarına təhlükəsizlik təhdidləri səbəbindən Kabil hava limanına səyahət etməməyi məsləhət görmüşdü. «Sky News» kanalı paytaxt hava limanı yaxınlığında meydana gələn sıxlıq nəticəsində ən az üç nəfərin öldüyünü bildirərək, hər kəsi ehtiyatlı olmağa çağırmışdı. İndisə birdən-birə məlum olur ki, kim tez tərpənib hava limanı ərazisinə keçməyibsə Əfqanıstandan çıxmaq şansını itirəcək. Üstəlik, bu şanssızlar arasında ABŞ vətəndaşlarının olduğu da istisna edilmir.

 Əfqanıstanda vəziyyət son həftələrdə gərginləşmiş, böyük şəhərləri  «Taliban» qüvvələri ələ keçirmişdi. Ötən bazar günü üsyançılar bütün sərhəd keçidlərinə tam nəzarəti ələ almışdlar. Dolayısıyla Əfqanıstanda xarici və yerli vətəndaşların Kabil aeroportundan başqa ölkəni tərk etmək alternativləri qalmamışdı. «Taliban"ın qısa zaman ərzində Kabili də alması minlərlə insanın hava limanına axınına yol açmışdı. 

ABŞ təyyarələrinə minmək üçün can təlaşlarının yaşandığı ölkədə son ümid qapısının da bağlanması böyük humanitar fəlakətlərə yol aça bilər. Nədən ki, hazırda Əfqanıstandan qaçmaq istəyənlərin böyük əksəriyyəti son 20 il ərzində ABŞ işğalçıları ilə əməkdaşlıq edənlərdir. Onlar «Taliban»ın nəzərində vətən xainləridir və bir cəzaları var - edam. ABŞ isə onları «ətmaşını»nın ağzına atıb Əfqanıstandan qaçır. Özünün bəyan etdiyinə görə, Əfqanıstandan qaçaq düşən cəmi 22 min nəfərə ABŞ-da sığınacaq verə bilər və yəqin ki, bu limit çoxdan dolub.


Ana səhifəyə qayıt        Baxış: 5 231          Tarix: 22-08-2021, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma