Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“Belarus hakimiyyəti qanunsuz miqrant axınını qəsdən Avropa İttifaqı sərhədlərinə yönləndirir”.
Ovqat.com-un məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen dünən media açıqlamasında belə deyib.
Onun fikrincə, bu, Belarusun Avropa İttifaqına qarşı “hibrid müharibəsi”dir. “Belarusdakı rejim insanları sanki sərhədə doğru qəsdən “itələyir”. Bu, Avropada sabitliyi pozmağa yönəlmiş hibrid hücumdur. Biz buna dözməyəcəyik”, - deyən Von der Leyen onu da əlavə edib ki, Avropa İttifaqı Belarus vasitəsilə “qoca qitə”nin sərhədlərinə qədər gələn qeyri-qanuni mühacirlər probleminin həllində Estoniya, Latviya və Litvaya köməyini davam etdirəcək.
Əslində Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyenin Baltik ölkələrinə miqrant köçlərini “hibrid müharibəsi” kimi qiymətləndirməsi səbəbsiz deyil. Həqiqətən də rəsmi Minsk Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Baltik ölkələrinə miqrant axınının qarşısını almağı dayandırıb. Nəticədə, Aİ ilə Belarusiya sərhədlərində kəskin miqrasiya böhranı başlayıb. Brüssel də məhz bu səbəbdən Lukaşenko rejiminin məlum addımına "hibrid təcavüz" kimi baxır.
Baltikyanı ölkələrin miqrant məsələsinə olduqca həssas yanaşmasının ciddi səbəbləri var. Əhalisi 2-3 milyon arasında dəyişilən bu ölkələrdə (Estoniyada hətta 1.3 milyon) doğum nisbəti də yüksək deyil:
Estoniya – 1.4%,
Litva – 1.3%,
Latviya -1.3%.
Bu ölkələrdən yalnız Litva öz “etibarlı etnik çoxluq nisbəti” ilə öyünə bilər – 86.9%. Estoniya və Latviya əhalisinin etnik tərkibi isə çox qırılğandır:
Estoniya:
Estonlar – 69.7%,
Ruslar – 25.2%.
Latviya
Leton - 60.7%,
Ruslar – 26.9%.
Üstəlik, II Dünya Müharibəsi zamanı işğal edilərək bu ölkələrə köçürülən ruslar Baltikyanı respublikaların altına yerləşdirilmiş canlı “bomba”lardır. Rusiya eynilə Ukraynada olduğu kimi Baltikyanı ölkələrdə də bu “bomba”ları hər an partlada bilər. Baltikyanı dövlətlər bu potensial təhlükəni aradan qaldırmamış bir də Belarus və Rusiya tərəfindən təşviq edilən yeni miqrant təhlükəsi ilə qarşı-qarşıyadırlar. Yeni miqrant axınında Baltikyanı dövlətləri gözləyən əsl “sürpriz” isə “çağırılmamış qonaqlar”ın dini-mədəni xarakterləridir. Əsasən, Əfqanıstandan və Yaxın Şərqdən qaçaraq Avropa İttifaqının şərq sərhədlərinə sığınan müsəlman əhalinin yerli mədəniyyətlə inteqrasiyası xeyli müşkül məsələdir. Üstəlik, onlarda doğurğanlıq nisbətinin yüksəkliyi də bu ölkələri qorxudur. Ən əsası isə, hər 3 Baltikyanı ölkənin öz vətəndaşları da Rusiya ilə sərhəddə yaşamaqdan çəkinib Qərbi Avropa ölkələrinə sığınırlar. Əmək miqrantlarına ciddi ehtiyacı olan Qərbi Avropa da məmnuniyyətlə Baltikyani xalqların nümayəndələrinə qucaq açırlar. Nədən ki, onlarla eyni mədəni və siyasi dünyagörüşə sahibdirlər və Baltikyanı ölkə vətəndaşlarını rahatlıqla içlərində əridib özlərinə qata biləcəklərinə inanırlar.
Qısası, Belarusun qoca qitəyə qarşı istifadə etdiyi miqrant silahı Baltikyanı ölkələrin, dolayısıyla Şərqi Avropanın etnik xarakterini dəyişdirməklə qalmaz, həm də bölgənin Qərb dəyərlərinə zidd mədəniyyət və dünyagörüşünün işğalı ilə nəticələnə bilər. Bu baxımdan Ursula von der Leyenin əndişələrini anlamaq çətin deyil.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar