Bu gün yerli vaxtla 3:39-da Şimali Koreya Yapon dənizi istiqamətində ilk qitələrarası ballistic raket sınağını keçirdi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin rəsmi informasiya agentliyi KCNA dövlət başçısı Kim Çen Inın da qatıldığı mərasimdə çəkilən fotoları dərc edib.
Pxenyanın rəsmi məlumatına görə, “Xvason-14” raketi 2802 kilometr uçuş hündürlüyə nail olub və 933 kilometr uçub. Hərbi ekspertləri hesab edirlər ki, Pxenyan ABŞ-ın kontinental hissəsinə zərbələr vurmaq imkanını əldə edib.