Xəbər lenti
Bu gün, 14:20
Bu gün, 13:44
Bu gün, 12:41
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
İsrailin xarici işlər naziri Yair Lapid Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinken ilə keçirdiyi birgə mətbuat konfransında İranı hədələyib.
Ovqat.com-un məlumatına görə, Tehranı nüvə sazişi danışıqları prosesini qəsdən gecikdirdiyini deyən Lapid bildirib:
“Mən və dövlət katibi Blinken Xolokostdan sağ çıxan ailələrin övladlarıyıq. Bir millətin dünyanı pislikdən qorumaq üçün gücdən nə vaxt istifadə etmək lazım olduğunu bilirik".
ABŞ dövlət katibi Blinken də nüvə anlaşmasını canlandırmaq üçün vaxtın bitdiyi barədə İrana xəbərdarlıq edib: “Zaman tükənir və burada müzakirə etdiyimiz kimi, müqavilənin əsas faydaları baxımından qeyri-müyyən nöqtəyə yaxınlaşırıq. Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdırıq. Çünki İran nüvə proqramını inkişaf etdirmək üçün bu vaxtdan sui-istifadə edir, xüsusən də daha çox santrifuqalardan istifadə edərək uranın zənginləşdirmə nisbətini 20 faizdən 60 faizə qaldırır”.
İranın problemlərinin öhdəsindən gəlmək üçün bütün variantları nəzərdən keçirdiklərini bildirən Blinkenə jurnalistlər bu sualı veriblər: “Diplomatiya uğursuz olarsa, hərbi variantları nəzərdən keçirəcəksinizmi?" Dövlət katibi suala diplomatik cavab verib:
“Bayaq qeyd etdiyim səbəblərə görə vaxtımız getdikcə daralır. Eyni zamanda İranın reaksiyalarını və vəziyyətini yaxından izləyirik. İran öz istiqamətini dəyişməsə, başqa variantlara müraciət etməyə hazırıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər