Xəbər lenti

Çinin artan potensialının yaratdığı çağırışlar və onlara qarşı fəaliyyət NATO-nun yeni strateji konsepsiyasına daxil ediləcək.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO Şimali Amerika və Avropanın ittifaqıdır. Bu region terrorizm, kibertəhlükəsizlik kimi qlobal çağırışlarla bərabər, Çinin yüksəlişiylə də toqquşur. Ona görə də iş bizim kollektiv müdafiəmizin möhkəmlənməsinə qədər gəlib çıxır. Biz deyə bilərik ki, Çinin yüksəlişi artıq bizim təhlükəsizliyimizə təsir edir. Çin bizə yaxınlaşır. Biz onları Arktikada görürük, kiberməkanda görürük. Biz görürük ki, onlar ölkələrimizin həddən artıq vacib infrastrukturuna əhəmiyyətli vəsaitlər yatırırlar. Üstəlik, onların NATO-nun bütün ölkələrini vuracaq çoxlu uzaq mənzilli silahları peyda olur. Onlar uzaq mənzilli qitələrarası raketlər üçün çoxlu sayda şaxtalar tikirlər”, - deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 980          Tarix: 18-10-2021, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma