
Xəbər lenti
Bu gün, 22:19
Bu gün, 21:25
Bu gün, 20:31
Bu gün, 19:46
Bu gün, 18:33
Bu gün, 14:12
Bu gün, 13:20
Bu gün, 12:08
Bu gün, 09:39
Dünən, 19:36
Dünən, 17:42
Dünən, 15:16
Dünən, 14:50

NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib. "Report" xəbər verir ki, bu barədə alyansın hava komandanlığı məlumat yayıb.
Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.
"Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir", - NATO-nun məlumatında deyilir.
Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.
Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar