Xəbər lenti

 

“NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər alyansın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir”.

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə görüşündə deyib.

“NATO-nun Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərinin sularında hərbi fəaliyyəti güclənir və alyansın hərbi təlimlərinin intensivliyi artır. Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsi üzrə hazırlıqları göstərir. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”.

General bildirib ki, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və 2024-cü ilə qədər bu rəqəmin 400 milyard dollara qədər artırılması planlaşdırılır.

Onun sözlərinə görə, problemli məsələlərin həlli üçün Rusiya ilə NATO arasında qarşılıqlı əlaqəni bərpa etmək zəruridir.  /Report




Ana səhifəyə qayıt        Baxış: 428          Tarix: 18-12-2019, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma