Xəbər lenti

Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman
kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayidə iki etirazçı həlak olub", - məlumatda deyilir.
Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.
Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 403          Tarix: 30-10-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma