Xəbər lenti

 
Almaniya Aİ-nin Belarusa qarşı yeni sanksiyalarının tətbiq etməsi təklifini dəstəkləyir.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heiko Maas bu bəyanatla çıxış edib.
 
Mass, Aleksandr Lukaşenkonu miqrantları Polşa ilə sərhədə göndərməklə onları "həyasızcasına istismar etməkdə" günahlandırıb. 
 
Almaniyanın xarici işlər naziri bu gün, noyabrın 10-da Deutsche Welle-ə verdiyi açıqlamasında onu da vurğulayıb ki, Avropa İttifaqı miqrantların məqsədyönlü qaçaqmalçılığı ilə məşğul olanların “hamısına sanksiya tətbiq edəcək”.
 
"Lukaşenka başa düşməlidir ki, onun hesabları işləmir" deyən Almaniyanın xarici işlər naziri, Aİ-nin "Lukaşenka rejiminə qarşı sanksiyaların uzadılması və sərtləşdirilməsi" üzərində çalışacaqlarını bildirib.
 
Öz təbirilə desək Lukaşenkonun “həyasızlığından” qəzəblənən Maas Belarus liderinə çatdırıb ki, "Avropa İttifaqını heç kim şantaj edə bilməz". Belarusla Polşanın sərhəd zonasındakı vəziyyəti “dəhşətli” adlandıran nazir daha onu da vurğulayıb ki, Belarus lideri boş yerə “təhlükəli eskalasiya spiralını” fırlatmasın, və bundan onun üçün çıxış yolu yoxdur”.
 
Nazirin sözlərinə görə, Aİ Minskə miqrantların tranziti ilə məşğul olan digər ölkələrə və aviaşirkətlərə qarşı da hərəkətə keçməyə hazırdır.
 
“Heç kim Lukaşenkonun qeyri-insani fəaliyyətlərində cəzasız iştirakına icazə verməməlidir” deyən Maas, Aİ-nin “lazımi addımlar atmağa” hazır olduğunu bildirib.
 
Qeyd edək ki, Qərbin sanksiyalarına cavab olaraq Minsk Aİ-yə doğru gedən qaçqın axınını “cilovlamağı” dayandırıb. İndi daha çox miqrant Polşa ilə sərhədə axışır. 
 
Avropa İttifaqı isə baş verənləri “Lukaşenko rejiminin hibrid hücumu” hesab edir. 


Ana səhifəyə qayıt        Baxış: 4 495          Tarix: 10-11-2021, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma