Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
““Şimal axını-2” layihəsindən imtinanın geostrateji nəticələri ola bilər”.
Ovqat.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Hayko Maas Bundestaqdakı çıxışı zamanı belə deyib.
Nazirin fikrincə, imtinanın geostrateji nəticələrinin Avropanın Rusiyaya təsir imkanları üçün nə demək olduğunu anlamaq lazımdır: “Mən bu diskussiyanı aparmağa hazıram, enerji daşıyıcılarının idxalının digər layihələrə təsirləri barədə məmnuniyyətlə danışaram. Elə ölkələr var ki, bizdən layihənin inşasının dayandırılmasını tələb edirlər, özləri isə Rusiyadan neft idxalını artırırlar".
Qeyd edək ki, ABŞ yanvarın 19-da "Şimal Axını – 2" qaz kəmərinin inşasında yer alan şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu qərardan sonra “Qazprom” siyasi vəziyyətin kəskin dəyişməsinin layihənin reallaşdırılmasına mane olacağını və ya tamamilə ləğvinə gətirib çıxaracağını bildirmişdi. Ertəsi gün şirkət öz sözünü geri götürmüş və bildirmişdi ki, "Şimal Axını – 2" layihəsi güclü sanksiya təzyiqi altındadır, lakin holdinq qaz kəmərini bitirmək niyyətindədir. Elə həmin gün Almaniyanın Bilfinger SE konserni "Şimal Axını – 2" layihəsində iştirakdan imtina etmişdi.
Almaniyanın Xarici İşlər naziri isə, belə görünür ki, şirkəti layihənin tikintisini davam etdirməyə “həvəsləndirmək” istəyir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar