Xəbər lenti

 ABŞ-ın Sent Pol şəhərində (Minnesota ştatı) keçirilən etiraz aksiyası zamanı polis 18 fəalı həbs edilib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, etiraz aksiyası hərəkətin sıx olduğu magistral yollardan birində təşkil olunub.    

 Aksiya iştirakçıları məhkəmənin ötən gün polis əməkdaşı Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.   

 Qeyd edək ki, polis Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu. 




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 17-06-2017, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma