Xəbər lenti
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
4-02-2025, 18:41
4-02-2025, 17:54
4-02-2025, 16:27
4-02-2025, 16:00
4-02-2025, 13:44
4-02-2025, 11:43
4-02-2025, 09:30
3-02-2025, 23:43
ABŞ-ın Pensilvaniya ştatında polis türkiyəli vaiz Fətullah Gülənin ölümü ilə bağlı məlumatlar kontekstində heç bir informasiyaya malik deyil.
Xəbəri “RİA Novosti” yayıb.
Xəbərə görə, Postono-Mauntinin regional polis bölməsinin nümayəndəsi bildirib ki, "sistemdə Gülənin ölümü barədə informasiyanı təsdiqləyə biləcək məlumat yoxdur”.
**00:44
Türkiyənin Oda TV xəbər portalı Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin zəhərlənə biləcəyini iddia edib. Portalın məlumatına görə, terror təşkilatı FETÖ-nün, Gülənin sağ olduğunu təsdiqləyən videosu montajdır.
Oda TV iddia edir ki, Gülən çərşənbə gecəsi ABŞ-ın Pensilvaniya ştatındakı evində zəhərlənib. Onun çevrəsindən daha bir nəfər də ölüb. Villa işçilərinə mətbuatla əlaqə saxlamamaq əmri verilib. Portal vurğulayır ki, bu məlumatı ona, xüsusi xidmət orqanlarının nümayəndələri təsdiqləyiblər.
Eyni zamanda, Gülənin təşkilatı liderinin kətildə oturaraq namaz qıldığı və dua etdiyi yerdə görüntülərini yayıb. Bununla belə, Oda TV videonu vaizin daha əvvəl nümayiş etdirilən və eyni paltarı geyindiyi əks olunan üç videonun montajı hesab edir.
Senzor.az-ın xəbərinə görə, bu arada Anadolu agentliyinin Vaşinqtondakı rəhbəri Hakan Copur bildirib ki, Gülənin ABŞ-da ölümü ilə bağlı məlumat yoxlanılır, polis hələlik bu məlumatı şərh etməyib.
"Biz baş verənləri diqqətlə izləyirik. Amerika polisi və yerli mediadakı mənbələr bu məsələ ilə bağlı məlumat vermirlər. Bu, malikanədə heç nə baş vermədiyi anlamına gəlmir. Ola bilər ki, nəsə olub və bu barədə polisə məlumat verilməyib. Lakin təşkilat bunu uzun müddət gizlədə bilməyəcək”, - deyə H.Copur “Tvitter”də yazıb.
Senzor.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər