Xəbər lenti
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
4-02-2025, 18:41
4-02-2025, 17:54
4-02-2025, 16:27
4-02-2025, 16:00
4-02-2025, 13:44
4-02-2025, 11:43
4-02-2025, 09:30
3-02-2025, 23:43
Kosovoda tələbə avtobusu avtomatdan atəşə tutulub.
"Ovqat" xəbər verir ki, atış nəticəsində 3 nəfər ölüb, xeyli yaralı var.
Hadisənin millətlərarası və ya siyasi çalarların olub-olmadığı hələlik məlum deyil. Bununla belə, atışmanın baş verdiyi yer pravoslav serblərin kompakt yaşadığı bölgədir.
Balkanlarda onsuz da kövrək olan sülh getdikcə həm xarici, həm də daxili aktorlar tərəfindən etiraz edilir. Bu faciənin kifayət qədər ciddi nəticələri ola bilər.
Qeyd edək ki, Kosovo əhalisinin böyük əksəriyyəti (92%) albandır və İslam dininə mənsubdurlar. Kosova vaxtilə Serbiyanın tərkibində idi və 2008-ci ildə serblərin zülmünə məruz qalıb ondan ayrılır. Kosovanın müstəqilliyini tanıyan və ona dəstək verən Qərb ölkələrinin acığına elə həmin il Rusiya da Gürcüstanın Şimali Osetiya və Abxaziya bölgələrini işğal edir.
İlgincdir ki, təxribatın baş verdiyi bu gün Rusiya Avropa dövlətlərinə acıq verərcəsinə Serbiyaya qazı 1000 kubmetrini 270 dollara satmışdı. Bu məbləğ Belarusla yanaşı Avropaya satılan ən ucuz qaz qiymətidir. Sanki Rusiya bununla Şərqi Avropa ölkələrinin xalqlarına Moskvaya yaxınlığın "xeyrini" başa salmağa çalışırdı. Kosovada etnik-dini qarşıdurmanı körükləyəcək hadisənin məhz belə bir zamanda baş verməsi təsadüfi görünmür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər