Xəbər lenti

"Əgər Türkiyə lideri bu məsələni telefon danışığında qaldırsa, onda Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı müzakirə aparacaq".

Axar.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Peskov əlavə edib ki, Ərdoğan Donbasdakı vəziyyəti həll etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski üzərindəki nüfuzundan istifadə edərsə, bu, yalnız alqışlana bilər.

Qeyd edək ki, Ərdoğan Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib və bu bəyanat Vladimir Zelenskinin ofisində müsbət qarşılanıb.



Ana səhifəyə qayıt        Baxış: 3 638          Tarix: 1-12-2021, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma