Xəbər lenti

"Taliban" Əfqanıstanda milli valyutanın - əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alqı-satqısını qadağan edib. "Report" xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi məlumat yayıb.

Ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb.

Oktyabrın 6-da Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. "Taliban" rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.

Hazırda "Taliban" tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq, ölkədə iqtisadi vəziyyət son dərəcə ağır olaraq qalır.

Bizim Telegram kanal



Ana səhifəyə qayıt        Baxış: 1 801          Tarix: 12-12-2021, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma