Xəbər lenti

“İŞİD, “Əl-Qaidə” və Sincanla əlaqəli silahlı birləşmələr yenidən qruplaşır və həmçinin, kiberməkanı hədəfə alır”.

“South China Morning Post” xəbər verir ki, bunu Pekində keçirilən “Terrorla mübarizə” seminarında Çin Xalq Respublikasının xarici işlər nazirinin köməkçisi Vu Cyanqao (Wu Jianghao) səsləndirib. ETİM-ə (Şərqi Türküstan İslam Hərəkatı) qarşı beynəlxalq dəstək istəyən Vu Cianqao deyib ki, həmrəylik və əməkdaşlıq terrorizmlə mübarizədə ən güclü silahdır. Çin xəbərdarlıq edib ki, Əfqanıstanda müharibədən sonrakı xaosla cəsarətlənən beynəlxalq silahlı qrupların canlanması sabitliyə ciddi təhlükə yaradır.

Çinli diplomat deyib ki, “İslam Dövləti” (İŞİD), “Əl-Qaidə” və ETİM də daxil olmaqla terror qrupları bu il Əfqanıstanda kəskin şəkildə dəyişən vəziyyətdən öz varlıqlarını genişləndirmək və problemi qızışdırmaq üçün istifadə edirlər: “Terrorizmlə mübarizə sahəsində yeni təhdidlər və yeni çağırışlar yüksək səviyyəli sayıqlıq tələb edir. Yaranan yeni texnologiyalar terrorçu qüvvələr tərəfindən sui-istifadə olunur. Kiberməkandan istifadə terror fəaliyyətini daha gizli və nəzarətsiz edib”. 

L.SƏMLA

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 640          Tarix: 25-12-2021, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma