Xəbər lenti

Birləşmiş Ştatların anti-terror orqanlarının rəsmiləri bildirir ki, İŞİD və “Əl-Qaidə” təşkilatı kimi terror qruplarına qarşı mübarizədə naliyyətlərə baxmayaraq, beynəlxalq terrorizmlə bağlı vəziyyət daha da mürəkkəb bir şəkil alıb.

Strateq.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sentyabrın 19-da açıqladığı dünya lqlobal terrorizmə dair illik hesabatında bildirilir.

“İŞİD, Əl-Qaidə və onlarla əlaqədə olan başqa qruplar güclü, qətiyyətli olduqlarını və uyğunlaşa bildiklərini göstərib. Onlar İraq, Suriya, Somali və başqa yerlərdə gücləndirilmiş anti-terror əməliyyatları kimi təzyiqlərə tez bir zamanda uyğunlaşa bilib”-deyə, ABŞ Dövlət Departamentinin Anti-Terror üzrə koordinatoru Natan Seyls hesabatı təqdim edərkən bildirib.

Birləşmiş Ştatların anti-terror orqanlarının rəsmiləri bildirir ki, ABŞ-ın başçılığı ilə koalisiya İraq və Suriyada İŞİD-in nəzarəti altında olan, demək olar, bütün əraziləri azad edib, Əl-Qaidə terror təşkilatına təzyiqləri artırıb.

Natan Seyls İranın terroru dünyada dəstəkləyən aparıcı ölkə olduğunu qeyd edib.

“İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkə olaraq qalır və Livanın Hizbullah qrupu kimi müttəfiqləri və İslam İnqilabı Qvardiyasından istifadə etməklə bir çox münaqişələrin qızışdırılmasına və ABŞ-ın Suriya, Yəmən, İraq, Bəhreyn, Əfqanıstan və Livanda maraqlarına ziyan vurulmasına görə məsuliyyət daşıyır”- deyə, o bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 20-09-2018, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma