Xəbər lenti

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hökuməti 6 ay müddətində işdən çıxarmalara qadağa qoymağa çağırıb.

Axar.az xəber verir ki, partiya sədri bu barədə Tvitter hesabında paylaşıb.

"Günlərdir evdar xanımlarla görüşürəm. Onlar minimum əmək haqqı alan həyat yoldaşlarının işini itirəcəyindən qorxurlar. Hökumət Türkiyə vətəndaşlarının iş yerlərinin qorunması üçün təcili tədbirlər görməli, qaçqınların qeyri-qanuni yolla işlə təmin olunmasına imkan verməməlidir. Bundan əlavə, təcili olaraq sahibkarlara dəstək paketləri elan edilməli və 6 ay müddətində işçilərin işdən çıxarılması qadağan edilməlidir”, - CHP sədri bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 378          Tarix: 26-12-2021, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma