Xəbər lenti

G20 sammitində iştirak etmək üçün  Almaniyada səfərdə olan Türkiyə Prezidenti Ərdoğan kuryoz olayla qarşılaşıb.
Toplantıya qatılmaq üçün qaldığı oteldən çıxan Ərdoğanın konvoyu yolda 10 dəqiqə saxladılıb. Saxlanmaya səbəb, şübhəli  bir şəxsin inşaat kranının üzərinə qalxması olub. Alman polisi hərəkətə keçərək, kranın üzərində olan şəxsi endirib. Əməliyyatda snayperlər və helikopterlər də iştirak ediblər. 
Polislər şübhəlini düşürdükdən sonra Ərdoğanın konvoyu dayandığı nöqtədən sammit keçirilən binaya doğru hərəkətə davam edib. 
Şübhəlinin üzərində hər hansı bir silah aşkar edilməyib. Qandallanaraq polis şöbəsinə aparılan şəxsin telefonuyla fotoqraf çəkmək istəyən bir həvəskar olduğu məlum olub. 

 




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 7-07-2017, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma