Xəbər lenti

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olan Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: “Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.



Ana səhifəyə qayıt        Baxış: 2 216          Tarix: 15-01-2022, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma