Xəbər lenti

“Ukraynada bütün çap mediası bundan sonra dövlət dilində nəşr edilməlidir. Yanvarın 16-dan “Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsinin təmin edilməsi haqqında” qanunun 25-ci maddəsinin müddəası qüvvəyə minir ki, bu da qəzet və jurnalları tirajın ən azı 50%-ni ukrayna dilində buraxmağı öhdəsinə götürür”.

APA xəbər verir ki, bunu Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Taras Kremin özünün “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, çap mediası başqa dillərdə də nəşr oluna bilər, o şərtlə ki, xarici dildə nəşrin müvafiq tirajı ilə eyni vaxtda bu nəşrin dövlət dilində tirajı dərc edilsin: “Bütün dillərdəki versiyalar aşağıdakı şərtlərlə dərc edilməlidir: Eyniadlı, məzmuna, həcmə, çap üsuluna görə bir-birinə uyğun və onların buraxılışları eyni seriya nömrələrinə malik olmalı, eyni gündə nəşr edilməlidir”.

Taras Kremin əlavə edib ki, xarici dildə medianın əvvəlcədən ödənişli şəkildə yayılması o halda mümkündür ki, oxucuların eyni ukraynadilli tirajla abunə olmaq imkanı olsun: “Hər bir mətbuat yayımı məntəqəsində dövlət dilində olan KİV-in payı ən azı 50 faiz olmalıdır.

Qanunun normaları Krım tatarları və Ukraynanın digər yerli xalqlarının dillərində (Krım tatarları, karaitlər, krımçaklar), ingilis və ya Avropa İttifaqının digər rəsmi dilində çap olunmuş nəşrlərə şamil edilməyəcək. Rus dili bu istisnalara aid deyil”.

Müvəkkil bildirib ki, bu il iyulun 16-dan bu tələblərə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur - 8,5 min qrivenə (300 ABŞ dolları) qədər cərimə, təkrar pozuntu halında bu məbləğ artırılacaq: 2024-cü ildən “dövlət dilini ictimai alçaltmağa və ya təhqir etməyə” görə cəza sərtləşdiriləcək. Dövlət Dilinin Müdafiəsi Müvəkkili, dövlət dili üzrə ombudsman adlanan şəxs, onun bölgələrdəki nümayəndələri, habelə qanun pozuntularını qeydə alacaq və bu barədə Ombudsman Aparatına məlumat göndərəcək”.



Ana səhifəyə qayıt        Baxış: 3 138          Tarix: 16-01-2022, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma