Xəbər lenti

“Araşdırmalarımızı yekunlaşdırsaq, görərik ki, bunlardan 2000-dən çoxu Çin hökumətinin bizim məlumat və ya texnologiyamızı oğurlaması ilə bağlıdır. Bizim ideyalarımız, innovasiyalarımız və iqtisadi təhlükəsizliyimiz üçün Çindən daha geniş təhlükə yaradan heç bir ölkə yoxdur”.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, bunu Amerika Federal Təhqiqat Bürosunun(FBI) direktoru Kristofer Rey Ronald Reyqan Prezident Kitabxanasında çıxışı zamanı deyib. Kristofer Rey bildirib ki, Çin iqtisadi təhlükəsizlik və innovasiya sahəsində ABŞ üçün ən böyük təhlükədir, yüzlərlə Amerika şirkətindən “terabaytlarla” məlumat oğurlayır.

Federal Təhqiqatlar Bürosunun direktoru Çin hökumətinin heyrətləndirici həcmdə məlumat oğurladığını və bunun sənayenin geniş spektrində ciddi, iş yerlərini məhv edən zərərlərə səbəb olduğunu söyləyib. O, əlavə edib ki, büro təxminən hər 12 saatdan bir kəşfiyyat əməliyyatlarına qarşı durmaq üçün daim yeni işlər açır. K.Rey vurğulayıb ki, Çin getdikcə ABŞ-dakı insanları şəxsi və siyasi qisas almaq üçün hədəfə alır: “Konstitusiyamızın və qanunlarımızın vəd etdiyi azadlıqları pozur”.



Ana səhifəyə qayıt        Baxış: 3 673          Tarix: 4-02-2022, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma