Xəbər lenti

Amerika Prezidenti Donald Tramp vəzifəsindən azad etdiyi Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini sərt sözlərlə təhqir edib. Prezident sabiq direktoru axmaq adlandırıb.

Ovqat.com bildirir ki, Teleqraf.com-un xəbərinə görə, NBC Televiziyasına müsahibəsində Tramp deyib ki, Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin tövsiyəsi olmasaydı belə, Komini qovacaqdı: “Bu adam oynayır. Onun çıxışları səhnə üçündür. Federal Təhqiqatlar Bürosu qarışıqlıq içindədir”.

Federal Təhqiqatlar Bürosu direktorunu seçki kampaniyasına Rusiyanın müdaxiləsini araşdırdığı səbəbindən qovduğu haqda iddialara toxunan Prezident Tramp bildirib ki, onun seçki kampaniyası ilə bağlı ruslarla hər hansı razılaşma yoxdur.

Prezident qeyd edib ki, seçkidə qələbə qazandıqdan və prezident səlahiyyətlərinin icrasına başladıqdan bu yana Federal Təhqiqatlar Bürosuna məlum araşdırma ilə bağlı hər hansı bir təzyiq etməyib

 




Ana səhifəyə qayıt        Baxış: 1 172          Tarix: 12-05-2017, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma