Xəbər lenti

Rusiya sabah ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclasında iştirak etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiyanı təmsil edən nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

“Biz iclaslarda iştirak etməyəcəyik. Hansısa qərarların qəbulu ilə də razı deyilik. Biz ATƏT rəhbərliyinə rəsmi olaraq məlumat vermişik ki, Rusiya Silahlı Qüvvələrinin bütün hərəkətləri planlı döyüş hazırlığı çərçivəsində həyata keçirilir”.

Qeyd edək ki, sabah Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək. İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq. Toplantıda Rusiya-Ukrayna sərhədindəki son vəziyyət müzakirə olunacaq.



Ana səhifəyə qayıt        Baxış: 3 743          Tarix: 17-02-2022, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma