Xəbər lenti

Rusiyanın bu tanıma qərarı və bölgəyə sülhməramlı adı altında əsgər göndərməsi beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qarşılanmır. Bu uyğun olmayan bir davranışdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmayıl Haqqı Pekin deyib.

Pekinin sözlərinə görə, problemin həlli üçün diplomatik yollar hələ tükənməyib:

“Bu gecə NATO toplanır və Türkiyə bundan əvvəl Krım məsələsindəki kimi, eyni mövqe sərgiləyir. Türkiyə gərginliyi azaldacaq şəkildə rol almalı, müharibə olsa da, olmasa da, aktiv tərəfsizlik nümayiş etdirilməlidir. Kontrol müqaviləsinin şərtlərində isə güzəştə gedilməməlidir. Müharibə olacağını düşünmürəm. 24 fevralda Rusiya və Ukrayna xarici işlər nazirləri görüşəcək. Bu mərhələdən sonra dövlət başçıları da görüşə bilər. Problemin həlli üçün diplomatik yollardan istifadə davam etdirilə bilər”.



Ana səhifəyə qayıt        Baxış: 4 916          Tarix: 22-02-2022, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma