Türkiyə ABŞ-ın tələblərini yerinə yetirərsə, parçalanacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırımın Vaşinqtona səfərini şərh edən Baş Qərargahın Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmayıl Pekin deyib.
ABŞ-ın Türkiyəyə şantaj və təzyiq edərək gözləntilərini həyata keçirməyi hədəflədiyini deyən Pekin Vaşinqtonun Ankaradan PYD, PKK, Suriya, İraq, Rusiya və İranla iş birliyi məsələsində, eləcə də Şərqi Aralıq dənizi və Kipr məsələsində bir çox tələbinin olduğunu vurğulayıb:
"Türkiyə bunları yerinə yetirməyi rədd edərək Rusiya, İran və İraqla əməkdaşlıq etməyi üstün tutdu. Bundan başqa, ABŞ-ın bütün istəklərini etsək, Türkiyə parçalanar. Aydındır ki, Türkiyənin xeyrinə olan Rusiya və İranla iş birliyi etməkdir".
Paylaş: