Xəbər lenti

"Hazırda Odessa şəhərində vəziyyət gərgindir. Təcavüzkar Rusiya qüvvələrinin dənizdən və qurudan hücumunu gözləyirik. Üç saatdan bir həyəcan siqnalı verilir. Müdafiə qüvvələrimiz, artilleriya briqadalarımız hazır vəziyyətdə düşmənin hücumuna layiqli cavab verməyi gözləyir".

Bu sözləri "AzPolitika.info"ya açıqlamasında "Birlik" Odessa diaspor təşkilatının sədri Anar Natiqoğlu bildirib.

O qeyd edib ki, şəhərin müdafiəsi üçün çox iş görülüb, düşmənin Odessaya girməsi mümkünsüzdür: "Dənizin sahil hissəsi minalanıb, müdafiə qüvvələri strateji nötələrdə öz yerlərini tutublar. Arabir raket və top atəşlərinin səsləri eşidilir. Odessa əhalinin əksər hissəsi heç yerə getməyib, hazırda şəhərdə həyat öz axarı ilə davam edir. Restoranlar, marketlər qismən işləyir. Şəhər rəhbərliyi diversantlarla bağlı əhaliyə xəbərdarlıq edib. Sakinlər şübhəli şəxslər gördükdə dərhal təhlükəszilik qüvvələrinə məlumat verməlidirlər".

A.Natiqoğlu qeyd edir ki, azərbaycanlıların bir qismi şəhərədən çıxarılıb: "Dünən 300 nəfəri yola saldıq. Ümid edirik ki, qələbə Ukrayna xalqının olacaq, təcavüzkarın dərsi layiqincə veriləcək. Getdikcə qələbə inamı daha da möhkəmlənir, həm vətəndaşlar, həm də müdafiə qüvvələri yüksək əhval-ruhiyyədədirlər".



Ana səhifəyə qayıt        Baxış: 3 817          Tarix: 3-03-2022, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma