Xəbər lenti


Bir az əvvəl Gəncə şəhəri yenidən düşmənin raket hücumuna məruz qalıb. 

Yerli sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, iki raket mərmisi Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən vurularaq boş əraziyə salınıb. Dağıntı və itki yoxdur.

Xatırladaq ki, oktyabrın 10-da gecə saatlarında Ermənistan ərazisindən Gəncəyə atılan ballistik raket 9 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına və bir neçə binanın dağılmasına səbəb olub.

Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri həmin əraziyə baş çəkib erməni vandalizminin nümunələri ilə ətraflı tanış olublar. Düşmənin növbəti raket hücumu dipolmatların Gəncə şəhəri ərazisində olduğu vaxtdan cəmi bir neçə saat sonraya təsadüf edib.



Ana səhifəyə qayıt        Baxış: 2 661          Tarix: 12-10-2020, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma