Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Odessa şəhərinin meri olmaq istədiyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə Ukraynanın "24 kanal"ının efirində bildirib.
"Odessa şəhərinin meri olmaq istəyirəm. Zarafat etmirəm, həqiqəti deyirəm. Odessanı dirçəltməyi çox istəyirəm. Ancaq Odessanı bütün oyun qaydalarını dəyişməklə dirçəltmək olar", - M.Saakaşvili deyib.
Eyni zamanda, o, yaxşı baş nazir olacağı təqdirdə və bu vəzifədə fəaliyyətini başa vurduqdan sonra Odessaya getməyə hazır olduğunu bildirib.
Siyasətçi komandasının Ukraynada 70 gün ərzində islahatlar edə biləcək, dövlət aparatının isə üçdə iki hissəsini ixtisat etməklə bağlı plana malik olduğunu qeyd edib.
O, həmçinin növbəti dəfə prezident seçilmək ambisiyalarının olmadığını vurğulayıb: "Müəyyən səbəblərə görə prezident ola bilmərəm. Həmçinin uzun müddət Ukrayna siyasətində qala bilmərəm. Çünki yenidən bu ətalətə qarışmaq istəmirəm. Mənə daha yaxşı gələcək üçün sıçrayış lazımdır. Sonradan Ukrayanda adi vətəndaş kimi qalardım."
Paylaş: